Xəzər Xəbər

ABŞ Konqressi Türkiyəyə silah satışını qadağan etdi

Dünya | 14:31 • 15 Fevral 2019
ABŞ Konqressi Türkiyəyə silah satışını qadağan etdi
ABŞ Konqressi xərclər haqında qanun layihəsini qəbul edib. Sənəddə Türkiyəyə silah satışına qadağa qoyulması ilə bağlı bəndlər də yer alıb.


XəzərXəbər xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.


Qanun layihəsinin bir bəndi ABŞ dövlət katibi Mayk Pompeonun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təhlükəsizliyinə cavabdeh olan gözətçilərin 2017-ci ilin mayında Vaşinqtonda etirazçıları döydüyü barədə Konqressə məlumat verməməsi halında Ərdoğanın təhlükəsizlik xidmətinə silah satışını qadağan edir.

Sənədin digər bəndində isə qeyd olunur ki, Pentaqon ( ABŞ Müdafiə Nazirliyi) Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasının mümkün nəticələri barədə hesabat təqdim etmədiyi müddətcə Türkiyəyə "F-35” qırıcı təyyarələrinin tədarükü qadağan ediləcək.

Amerikadakı həm erməni, həm də yunan diaspora və lobbi təşkilatları Konqressin bu qanun layihəsini qəbul etməsini alqışlayıblar. Sənəd imzalanması üçün ABŞ prezidenti Donald Trampa təqdim olunacaq./azvision.az

Xəbər lenti