Xəzər Xəbər

Haiti Prezidenti etiraz aksiyaları fonunda istefa verməkdən imtina edib

Dünya | 11:41 • 15 Fevral 2019
Haiti Prezidenti etiraz aksiyaları fonunda istefa verməkdən imtina edib

Haiti Prezidenti Jovenel Moiz bir həftədən çoxdur davam edən kütləvi etirazlar aksiyaları iştirakçılarının çağırışlarına baxmayaraq, postunu tərk etmək niyyətində olmadığını bildirib.


AZƏRTAC bu barədə "Le Nouvelliste” qəzetinə istinadla xəbər verir.


"Mən ölkəni silahlı qruplaşmaların və narkotik vasitə alverçilərinin əlinə verməyəcəyəm”, -deyə Jovenel Moiz fevralın 14-də xalqa müraciəti zamanı bəyan edib. Prezident xalqın səsini eşitdiyini və insanları narahat edən problemlərdən xəbərdar olduğunu deyib. Onun sözlərinə görə, hökumət problemlərin həlli üçün lazımi tədbirlər görür.


Bir qədər əvvəl Haitini bürüyən kütləvi etiraz aksiyaları zamanı azı 7 nəfərin həlak olduğu barədə məlumatlar yayılmışdı. Etiraz aksiyasının əsas kütləsi Prezident Jovenel Moizin istefasını tələb edən kasıb rayonların əhalisidir.

Xəbər lenti