Xəzər Xəbər

Yaponiyada naməlum şəxs Ehime prefekturasının qubernatorluğuna 100 milyon yen göndərib

Dünya | 11:11 • 15 Fevral 2019
Yaponiyada naməlum şəxs Ehime prefekturasının qubernatorluğuna 100 milyon yen göndərib

Yaponiyada naməlum şəxs ölkənin qərbindəki Ehime prefekturasının qubernatorluğuna 100 milyon yen (təqribən 910 min dollar) göndərib.


Yanvarın 29-da Ehime prefekturasının qubernatoru Tokihiro Nakamuranın ünvanına bağlama daxil olub. Kağız bağlamadan pul və məktub çıxıb. Naməlum şəxs məktubunda yazaraq xahiş edib ki, pullar xeyirxah işlərə sərf olunsun. Qeyd edib ki, bağlamanın üzərindəki ad və ünvan əsl deyil və o, adının gizli qalmasını istəyir.


Fevralın 14-də daxil olan bağlama barədə məlumat verən qubernator T.Nakamura bildirib ki, həmin pullar yəqin ki, kiminsə ömür boyu yığdığı vəsaitdir. Qubernator əlavə edib ki, prefektura rəhbərliyi bu pulları uşaqlara xidmətin yaxşılaşdırılmasına və ötən il leysan yağışlar nəticəsində zərərçəkən rayonların bərpasına yönəltməyi planlaşdırır. (AZƏRTAC)

Xəbər lenti