Xəzər Xəbər

Britaniya parlamenti "Brexit" üçün yeni təklifi rədd etdi

Dünya | 10:12 • 15 Fevral 2019
Britaniya parlamenti "Brexit" üçün yeni təklifi rədd etdi

Britaniya Parlamentinin İcmalar Palatası, hökumətin ölkənin Avropa Birliyindən (AB) çıxmasına dair şərtlər haqqında təklif etdiyi yeni texniki sənədi qəbul etməyib. RİA Novosti xəbər verir ki, 258 deputat sənədin lehinə, 303-ü isə əleyhinə səs verib.


Yanvar ayında Britaniya Parlamenti Baş nazir Tereza Mey tərəfindən təklif edilən AB ilə "Brexit" müqaviləsini rədd edib, 29 yanvarda isə Avropa Birliyi ilə əsas məsələ - İrlandiya sərhədi problemi mövzusunda müzakirələrin davam etdirilməsinə icazə verən "Brexit" ilə bağlı texniki sənədə dəyişiklikləri təsdiqləyib.

Xəbər lenti