Xəzər Xəbər

Ankarada səkkiz təhlükəli terrorçu həbs edilib

Dünya | 09:25 • 15 Fevral 2019
Ankarada səkkiz təhlükəli terrorçu həbs edilib

Türkiyənin təhlükəsizlik qüvvələri Ankara şəhərində geniş antiterror əməliyyatı həyata keçirib.


Xezerxeber.az xəbər verir ki, əvvəlcədən müəyyən olunan ünvanlarda aparılan əməliyyat-axtarış tədbiri nəticəsində 8 terrorçu həbs edilib. Onlardan 7-si İraq əsilli İŞİD terrorçusu, biri isə HTŞ terror qrupuna mənsub suriyalıdır. İlkin araşdırmada müəyyən edilib ki, terrorçuların hamısı Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar.

Xəbər lenti