Xəzər Xəbər

NATO Türkiyəyə S-400-ün alternativini təklif edib

Dünya | 17:30 • 14 Fevral 2019
NATO Türkiyəyə S-400-ün alternativini təklif edib

NATO Türkiyəyə Rusiya istehsalı olan S-400 RƏM sisteminin alternativi kimi Fransa və İtaliya istehsalı olan "ASTER 30-SAMP/T" raket komplekslərini təklif edib.

"TASS" agentliyinin verdiyi məlumata görə, bu barədə Alyansın rəhbəri Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə ilə ABŞ raket və hava hücumundan müdafiə məsələsi lə bağlı danışıqlar aparır.

Xəbər lenti