Xəzər Xəbər

Türkiyədə vertolyot qəzasıyla bağlı alay komandiri vəzifədən çıxarıldı

Dünya | 17:26 • 14 Fevral 2019
Türkiyədə vertolyot qəzasıyla bağlı alay komandiri vəzifədən çıxarıldı
Türkiyənin Milli Müdafiə Nazirliyi 4 hərbçinin həyatını itirdiyi vertolyot qəzasıyla bağlı Aviasiya Alayının komandirini vəzifədən çıxarıb.


Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İstanbulda baş verən helikopter qəzası ilə bağlı aparılan istintaqın düzgün və tərəfsiz nəticələnməsi üçün alay komandirinin vəzifəsi dəyişdirilib.

Bu gün ölkənin bəzi media orqanlarında vertolyot qəzası ilə əlaqədar təxribat iddiaları ortaya atılmışdı./FaktXəbər

Xəbər lenti