Xəzər Xəbər

ABŞ qırıcıları o ölkəni bombaladı

Dünya | 15:52 • 14 Fevral 2019
ABŞ qırıcıları o ölkəni bombaladı

ABŞ Hərbi Hava Qüvvələri Liviyanın cənubunu bombalayıb.

ABŞ bu addımı Liviyada beynəlxalq aləmin tanıdığı legitim Milli Müqavimət Hökuməti ilə işbirliyi çərçivəsində atıb.

Məqsəd "Əl-Qaidə”nin hədəflərini məhv etmək olub.

Milli Müqavimət Hökumətinin sözçüsü Məhəmməd Sallaq faktı təsdiqləyib.

O deyib ki, bu, iki dövlətin ortaq əməliyyatıdır. Onun sözlərinə görə, ötən həftə ABŞ Dövlət katibi Pompeo ilə Milli Müqavimət Hökumətinin xarici işlər naziri Məhəmməd Sayala İŞİD-ə qarşı beynəlxalq koalisiyanın toplantısında bu haqda müzakirələr aparıb./teleqraf.com

Xəbər lenti