Xəzər Xəbər

Bankdan 3 milyon avro oğurlayan şəxs kimdir?

Dünya | 15:40 • 14 Fevral 2019
Bankdan 3 milyon avro oğurlayan şəxs kimdir?

İçərisində 3 milyon avro olan özəl şirkətə məxsus inkasatorla yoxa çıxan şəxs saxlanılıb.

Hadisə Fransada baş verib.

Məlumata görə, avtomobildə olan 3 milyon avronun 1,5 milyonu hələ də tapılmayıb.

Bazar ertəsi üçnəfərlik qrup inkasatorla Vestern Unionun Parisin kənarındakı Aubervillersdəki şöbəsinə pul nəql etmək üçün yola çıxıb.

Avtomobildəki iki nəfər lazımi miqdarda pulu götürdükdən sonra geri dönüb. Ancaq mənzil başına qayıdarkən nə avtomobil, nə də üçüncü yoldaşları Adrien Derbez orada olub.

Sonradan polis Derbezin tapılması üçün fəaliyyətə başlayıb və şübhəlinin fotolarını yayıb. Elə həmin gün polis Amines şəhərində bir evə basqın edib.

Axşam saatlarında isə BFMTV televiziya kanalı xəbər yayıb ki, Derbez evdəki pəncərədən əli pulla dolu çanta ilə qaçarkən həbs edilib. Ondan başqa daha 3 nəfər həbs edilib.

Qeyd edək ki, 2009-cu ildə də, Fransada analoji hadisə qeydə alınıb.

Həmin dövrdə də bank avtomobilindən 11,6 milyon avro oğurlayan Toni Musulin həbs edilmişdi./Teleqraf.com

Xəbər lenti