Xəzər Xəbər

Macarıstanda çoxuşaqlı analar gəlir vergisindən azad olunacaq

Dünya | 15:44 • 14 Fevral 2019
Macarıstanda çoxuşaqlı analar gəlir vergisindən azad olunacaq

Macarıstanın Baş naziri Viktor Orban xalqa ənənəvi müraciətində dörd və daha çox uşağı olan anaların ömür boyu gəlir vergisindən azad ediləcəyini bildirib.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, V.Orban bu addımın atılmasında başlıca məqsədin əhalinin artım tempinin geriləməsinin qarşısını almaq olduğunu, bununla da, ölkəsinin gələcəyinin emiqrantlardan asılı vəziyyətə düşməsinə yol verilməyəcəyini vurğulayıb. Proqramın tərkib hissəsi olaraq, üç uşağı olan gənc ailələrə 36 min ABŞ dolları faizsiz kreditin verilməsi də nəzərdə tutulur.


Macarıstan əhalisinin sayı hər il 32 min nəfərdən çox azalır. Hər qadın üzrə Avropa İttifaqında orta doğum göstəricisi 1,58 olduğu halda, bu rəqəm Macarıstanda 1,45 təşkil edir.

Xəbər lenti