Xəzər Xəbər

İspaniyada növbədənkənar parlament seçkiləri apreldə keçirilə bilər

Dünya | 15:24 • 14 Fevral 2019
İspaniyada növbədənkənar parlament seçkiləri apreldə keçirilə bilər

Büdcə haqqında qanun layihəsinin rədd edilməsindən sonra İspaniya parlamenti Pedro Sançesin hökumətindən növbədənkənar seçkilər keçirilməsini tələb edib.


P.Sançesin hökumətini deputatların yalnız dörddəbiri dəstəkləyir. Kataloniyanın müstəqilliyi tərəfdarları ilə danışıqlardan sonra Baş nazir bir sıra regional və sağ təmayüllü partiyaların etimadından məhrum olub. Separatçılar da Kataloniyanın müstəqilliyinə dair referendumun təşkilinə görə həbs olunan siyasi liderlərin məhkəmə prosesini dayandırmadığı üçün Pedro Sançesi dəstəkləmirlər.


Danışıqlıların tərəfləri arasında fikir ayrılıqlarının qəribə vəhdəti səbəbindən uğradığı ağır və gözlənilməz məğlubiyyət Baş naziri yeni seçkilərə doğru aparır. Seçkilərin iki tarixdə - aprelin 14-də və ya 28-də keçirilməsi məsələsi müzakirə olunur.

Xəbər lenti