Xəzər Xəbər

Varşavada Yaxın Şərq konfransı: Rusiya, İran və Türkiyəsiz

Dünya | 14:26 • 14 Fevral 2019
Varşavada Yaxın Şərq konfransı:

Fevralın 13-də Varşavada başlayan və 60 ölkənin hökumət başçıları, xarici işlər nazirləri və yüksək vəzifəli diplomatlarının iştirak etdiyi Yaxın Şərq üzrə konfransında əsas müzakirə mövzusu İran olub.

"Associated Press” agentliyi xəbər verir ki, ABŞ və Polşanın təşkil etdiyi ikigünlük tədbir (13−14 fevral) Rusiya, İran, Türkiyə, Livan və Fələstinin nümayəndələrinin iştirakı olmadan keçir.

Rəsmi Tehran konfransı "sirk” adlandırıb.

Polşa politoloqu Lukaş Fiderekanın fikrincə, İran tərəfinin narazılığına bəraət qazandırmaq olar.

"Konfrans İrana maksimal təzyiqin göstərilməsi üzrə addımlardan biridir. Bu səylər çərçivəsində Vaşinqtonun nöqteyi-nəzərindən, onun Yaxın Şərq müttəfiqləri – İsrail və Səudiyyə Ərəbistanı arasında ən yaxşı koordinasiya lazımdır”, - ekspert deyib.

Polşanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, konfransın əsas mövzusu Suriyada və Yəməndəki böhranlar, Fələstin-İsrail münaqişəsinin nizama salması və terrorizmlə mübarizədir. Tehranın başqa iştirakçılarla münasibətlərinin gərginliyi nəzərə alınaraq, İran konfransa dəvət edilməyib.

Polşalı professor Mixal Xorosniskiy qeyd edir ki, İran, əlbəttə, dəvəti qəbul edərdi, amma onda nə Birləşmiş Ştatlar, nə də İsrail "terrorizmin sponsoruyla bir masa arxasında oturmayacaqlarını” deməklə konfransa gələrdi.

Bu konfransla eyni tarixdə Suriyada sülh nizamlanmasına həsr edilmiş sammit Soçidə təşkil edilib. Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin Suriyanın İdlib əyalətində yaradılan bufer zonasındakı vəziyyəti və ABŞ qoşunlarının bu ölkədən çıxarılması prosesini müzakirə edəcəkləri gözlənilir.

Beynəlxalq münasibətlər üzrə Polşa İnstitutundan politoloq Sbiqnyov Levitski hesab edir ki, bu, təsadüf deyil.

"Rusiya Yaxın Şərqdə nüfuz uğrunda ABŞ-la mübarizə aparır”, - o vurğulayıb./publika.az

Xəbər lenti