Xəzər Xəbər

Gürcüstanın 5 milyard 434 milyon dollar borcu var

Dünya | 18:50 • 22 Yanvar 2019
Gürcüstanın 5 milyard 434 milyon dollar borcu var

Gürcüstanın xarici dövlət borcu 2018-ci il dekabrın 31-nə olan məlumata görə, 5 milyard 434 milyon dollar təşkil edib.


Maliyyə nazirliyinin məlumata görə, 2017-ci ilin yekunları ilə müqayisədə 2018-ci ildə Gürcüstanın xarici borcu 256 milyon dollar artıb.


Gürcüstan milli valyutası GEL-in dəyərinin ABŞ dolları ilə müqayisədə dəyişməsi nəticəsində dövlət borcu il ərzində 1 milyard 124 milyon dollar artıb.


Gürcüstan dövlət borcunun əsas hissəsinin çoxşaxəli kreditlər təşkil edir - 3 milyard 838 milyon dollar.


İkitərəfli kreditlər üzrə borcun həcmi 926 milyon dollardı.


Avro səhmlər üzrə borc 500 milyon dollar olub.


Gürcüstan Milli Bankının borcu 2018-ci il üzrə 166 milyon dollar təşkil edib. (AZƏRTAC)

Xəbər lenti