Xəzər Xəbər

Tramp “Ən pis aktyor” nominasiyasına layiq görülüb

Dünya | 16:57 • 22 Yanvar 2019
Tramp “Ən pis aktyor” nominasiyasına layiq görülüb

ABŞ prezidenti Donald Tramp "Qızıl moruq” ("Razzie") antimükafatının "Ən pis aktyor” nominasiyasının qalibi olub.


Xezerxeber.az xəbər verir ki, namizədlərin siyahısı anti-mükafat saytında yerləşdirilib.


Mükafat Trampa Dineş de Souzanın "Millətin ölümü” və Maykl Murun "Farenheit 11/9” filmlərində sənədli kadrların çəkilişləri zamanı baş rolda pis oyununa görə verilib.


Həmçinin ABŞ-ın birinci xanımı Melaniya Tramp da "Farenheit 11/9”da çəkildiyinə görə "Ən pis ikinci dərəcəli aktrisa” nominasiyasının qalib olub.


Qeyd edək ki, "Qızıl moruq”un 39-cu təqdimetmə mərasimi fevralın 23-də keçiriləcək.

Xəbər lenti