Xəzər Xəbər

Təyyarənin Əfqanıstana istiqamət götürməsini tələb edən sərnişin saxlanılıb

Dünya | 16:33 • 22 Yanvar 2019
Təyyarənin Əfqanıstana istiqamət götürməsini tələb edən sərnişin saxlanılıb

Surqut-Moskva reysi ilə uçan və təyyarənin Əfqanıstana istiqamət götürməsini tələb edən sərnişin layner Xantı-Mansiykdə yerə enəndən sonra saxlanılıb.


Xezerxeber.az xəbər verir ki, təyyarənin heyəti layneri Əfqanıstana qaçırmaq istəyən sərnişini əlavə yanacaq doldurmaq üçün təyyarənin Xantı-Mansiykdə yerə enməsinə razı sala bilib. Layner Xantı-Mansiykdə yerə enən kimi sərnişin saxlanılıb.


KİV-lərin yaydığı məlumata görə, saxlanılan şəxs sərxoş vəziyyətdədir. Onun yanında silah aşkar edilməyib.

Xəbər lenti