Xəzər Xəbər

Leyboristlər Brexit üzrə ikinci referendumun keçirilməsini istəyirlər

Dünya | 16:29 • 22 Yanvar 2019
Leyboristlər Brexit üzrə ikinci referendumun keçirilməsini istəyirlər

Böyük Britaniyanın Leyboristlər partiyası Brexit üzrə qanunvericiliyə ölkənin Avropa İttifaqında üzvlük məsələsi üzrə ikinci referendumun keçirilməsini ehtiva edən düzəlişi parlamentin müzakirəsinə çıxarıb.


Xezerxeber.az bu barədə TASS informasiya agentliyinə istinadən xəbər verir.


Xatırladaq ki, 2016-cı ilin iyun ayında bu məsələ üzrə krallıqda keçirilən referendumda Aİ-nin tərkibindən çıxmağın tərəfdarları 51,9 faizin 48,1 faizə nisbətində qələbə qazanmışdı. Rəhbərliyinin təkrar plebisitə qarşı münasibətinin qətiyyətlə dəyişdiyini göstərən Birləşmiş Krallığın aparıcı müxalifət partiyasının hazırkı təklifi gələn həftə səsverməyə çıxarıla bilər.


Müəlliflər deputatları referendum məsələsindən əlavə, leyboristlərin Brexit üzrə alternativ planının lehinə də səs verməyə çağırıblar. Yeni Brexit layihəsi Böyük Britaniyanın Aİ-ni tərk etdikdən sonra gömrük ittifaqında qalmasını və qurumun vahid bazarı ilə möhkəm əlaqələr saxlanmasını ehtiva edir. Həmçinin vətəndaş hüquqlarının və istehlakçı standartlarının Avropa İttifaqının qaydaları ilə uyğunlaşdırılması nəzərdə tutulur.

Xəbər lenti