Xəzər Xəbər

Tereza Mey “B planı”nı təqdim etmədi

Dünya | 09:15 • 22 Yanvar 2019
Tereza Mey “B planı”nı təqdim etmədi
Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından (Aİ) ayrılma formatını müəyyənləşdirəcək "Brexit” sazişinə alternativ "B planı”nı parlamentə təqdim etməyib.


T. Mey yalnız gələcək fəaliyyətində və Brexit üzrə aparılacaq danışıqlarda daha açıq olacağını bəyan edib.

Qeyd edək ki, 15 yanvarda Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək "Brexit” sazişini rədd edib. İcmalar Palatasının 202 üzvü sazişin lehinə, 432-si isə əleyhinə səs verib. Bununla da, Britaniyanın Avropa İttifaqından daha sərt və problemli ssenarilər əsasında çıxışı üçün "yaşıl işıq” yanıb./azvision.az

Xəbər lenti