Xəzər Xəbər

Rusiyada bananlar arasında 50 kiloqram narkotik tapıldı

Dünya | 16:37 • 21 Yanvar 2019
Rusiyada bananlar arasında 50 kiloqram narkotik tapıldı

Rusiyanın Sankt-Peterburq şəhərində gömrük polisi tərəfindən keçirilmiş axtarış nəticəsində bananların arasında 50 kiloqram narkotik vasitə tapılıb.

Trend-in məlumatına görə, 47 bağlamaya bükülmüş kokain maddəsi soyuducu konteynerin örtüyünün altında aşkar edilib.

Qeyd olunur ki, banan konteynerləri Rusiyaya Ekvadordan gətirilib.

Hazırda məhsulun kimə məxsus olduğu araşdırılır.

Xəbər lenti