Xəzər Xəbər

Yaponiya İrandan neft idxalını bərpa edib

Dünya | 15:12 • 21 Yanvar 2019
Yaponiya İrandan neft idxalını bərpa edib

Çin, Cənubi Koreya, Hindistan, Türkiyə kimi, Yaponiya da İrandan neft idxalını bərpa edib.


"Report” "İrNA”ya istinadən xəbər verir ki, bu barədə İran Mərkəz Bankının rəhbəri Əbdülnasir Hemməti bildirib.


O deyib: "Karbohidrogen satışından yeni gəlirlər tədricən ölkə iqtisadiyyatına daxil olacaq”.


Bank rəhbəri eyni zamanda ixracatşı şirkətlərlə imzaladıqları sazişlər nəticəsində ölkənin qeyri-neft ixracatının da artacağını söyləyib.


Xatırladaq ki, 2018-ci il noyabrın 5-də ABŞ-ın İran neft sektoruna sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinə görə, İranın cəmi 700-dən çox fiziki və hüquqi şəxsinə, o cümlədən gəmi və təyyarələrinə qarşı tətbiq edilən sanksiyalardan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan (Chinese Taipei), Türkiyə, Yunanıstan, İtaliya möhlət alıb.

Xəbər lenti