Xəzər Xəbər

Türkiyədə terror aktının qarşısı alınıb

Dünya | 14:34 • 21 Yanvar 2019
Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilmiş xüsusi əməliyyat nəticəsində terror aktının qarşısı alınıb.

Xüsusi əməliyyat zamanı 150 kiloqrama yaxın partlayıcı maddə ələ keçirilib.

Bundan başqa, ərazinin və bölgədə yerləşən strateji obyektlərin xəritəsi müsadirə olunub.

Qeyd olunur ki, terror aktını PKK terror təşkilatı planlaşdırırmış.

Xəbər lenti