Xəzər Xəbər

İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Dünya | 13:29 • 21 Yanvar 2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

İranın Press TV televiziya kanalının ABŞ-da həbs edilən jurnalisti Mərziyə Haşiminin ailəsi Vaşinqtonun Kolumbiya dairəsinin məhkəməsinə müraciət göndərib. Müraciətə deyilir ki, M.Haşimi ABŞ-a yalnız ailə üzvləri ilə görüşmək üçün gəlib və ona qarşı heç bir ittiham irəli sürülməyib. Buna görə də M.Haşimi tezliklə azad edilməlidir.


Məhkəmə isə açıqlama yayaraq bildirib ki, M.Haşimi şahid kimi həbs edilib və məhkəmə araşdırması başa çatandan sonra azad ediləcək. Qeyd etmək lazımdır ki, ABŞ qanunlarına görə məhkəmə prosesinə cəlb edilən şahidlər də məhkəmənin qərarı ilə həbs edilə bilər. ABŞ məhkəməsinin bu açıqlaması nə jurnalistin ailəsini, nə də İran dövlətini qane etmir. Məsələ ondadır ki, ABŞ-da başlayan məhkəmə prosesləri aylarla, bəzən isə illərlə davam edir. Bu müddət ərzində isə şahid türmədə saxlanılmalıdır.


Jurnalistin həbsi İranda birmənalı qarşılanmayıb. İranın xarici işlər naziri, ictimai xadimlər, jurnalist təşkilatları M.Haşiminin azad olunmasını tələb ediblər.


Xatırladaq ki, Mərziyə Haşiminin əsl adı Melani Franklindi və ABŞ vətəndaşıdır. Luiziana universitetinin jurnalistika fakültəsini bitirib və 1982-ci ildə Amerikada təhsil alan iranlı tələbələrlə tanış olaraq İslam dinini qəbul edib. Təhsili başa çatdırdıqdan sonra İrana gələrək burada Press TV kanalında fəaliyyət göstərməyə başlayıb. M.Haşiminin ailəsi hazırda ABŞ-ın Kolorada ştatında yaşayır. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti