Xəzər Xəbər

Almaniyaya ŞOK: Silah şirkəti hökuməti məhkəmə ilə HƏDƏLƏDİ

Dünya | 13:21 • 21 Yanvar 2019
Almaniyaya ŞOK:

Almaniyanın "Rheinmetall” müdafiə sənayesi şirkəti hökuməti təhdid edib.

Şirkət Səudiyyə Ərəbistanına silah satmaq sanksiyasının davam edəcəyi təqdirdə ziyana uğrayacağını və buna görə hökuməti məhkəməyə verəcəyini bildirib.

"Spiegel” nəşrinin xəbərinə görə, şirkət müraciət məktubunu İqtisadiyyat Nazirliyinə göndərib. Məktubda Federal Təhlükəsizlik Şurasının qərarı ilə silah ixracatına dair verilən icazənin siyasi səbəblər üzündən dayandırılmasına görə şirkətin kompensasiya tələb etmə haqqı olduğunu qeyd edilib.

"Rheinmetall” bildirib ki, idarə heyəti şirkətin zərərlərini qarşılayacaq kompensasiyanı tələb etməsə, kompaniyanın ortaqları şirkəti məhkəməyə verə bilər.

Qeyd edək ki, Almaniya hökuməti səudiyyəli jurnalist Camal Qaşıqçının İsatnbulda qətlə yetirilməsindən sonra Səudiyyə Ərəbistanına silah satışını qadağan etmişdi. Almaniya Təhlükəsizlik və Müdafiə Sənayesi Birliyi isə daha öncə satışına icazə verilən silahların embarqo çərçivəsindən çıxarılmasını istəmişdi./publika.az

Xəbər lenti