Xəzər Xəbər

Rusiya düşmənlərini vahiməyə salacaq silah istehsal edir 1 trilyon qiyməti var

Dünya | 12:56 • 21 Yanvar 2019
Rusiya düşmənlərini vahiməyə salacaq silah istehsal edir

Rusiya yeni raket istehsalına başlayacaq.

Bu barədə Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) sədri Dmitri Roqozin bildirib.

D.Roqozin "Yenisey” adı verilən yeni super-ağır daşıyıcı raketin istehsalına hazır olduqlarını deyib: "Raket və kosmik sənaye dizayn-istehsal komandaları bu layihənin gerçəkləşdirilməsinə hazırdır”.

Yeni layihənin gerçəkləşdirilməsində "RKK Energiya” kosmos və aviasiya şirkəti, "Proqress” kosmik raket mərkəzi və Xruniçev Dövlət Kosmik Araşdırmalar və İstehsal Mərkəzi iştirak edəcək. Sözügedən raketin istehsalı üçün təxminən 1 trilyon rubl (15 milyard dollar) tələb olunur./publika.az

Xəbər lenti