Xəzər Xəbər

Rusiyanın müharibədən başqa yolu qalmayacaq ŞOK PROQNOZ

Dünya | 10:47 • 20 Yanvar 2019
Rusiyanın müharibədən başqa yolu qalmayacaq

Əgər "Şimal axını-2” qaz kəməri tikilməsə, Rusiya və Ukrayna arasında müharibə başlanacaq.

Bu sözləri siyasi texnoloq Dmitri Raimov "112 Ukrayna” telekanalının efirində deyib.

"Əgər onlarda özlərinin əsas resursunu başqa yolla aparmaq imkanı olarsa, Ukraynanı unudacaqlar. Sadəcə unudacaqlar. Bu, bizim üçün yaxşıdır. Biz onlar üçün iqtisadi nöqteyi-nəzərdən maraqlı olmayacağıq”, - o bildirib.

Onun sözlərinə görə, Moskva gələcəkdə qaz ixracında problemlərin yarana biləcəyini nəzərə alır.

"Onlar əla anlayırlar ki, əgər amerikalılar bura giriblərsə, burada hakimiyyətə nəzarət edirlərsə, burada qaz nəqliyyat sisteminə nəzarət edirlərsə və hansısa bir anda Rusiya qazının tranzitini dayandıraraq Avropaya özünün durulaşdırılmış qazını çatdırarsa, onda bu, Rusiyaya on milyardlarla dollar zərər deməkdir. Rusiyaya yalnız bir addım qalır, bu müharibədir”, - siyasi texnoloq fərz edib./publika.az

Xəbər lenti