Xəzər Xəbər

Liviyada gəmi qəzası: 117 miqrant itkin düşdü

Dünya | 10:08 • 20 Yanvar 2019
Liviyada gəmi qəzası: 117 miqrant itkin düşdü
Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb.

XəzərXəbər "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 117 nəfər itkin düşüb. Onların arasında qadın və uşaqlar da var.


Məlumata əsasən, xilasedicilər 3 nəfəri xilas edə biliblər. Qəzaya düşən miqrantların əksəriyyəti Qərbi Afrikadandır. Sağ qalanların sözlərinə görə, 40 nəfər Sudan vətəndaşıdır. Hazırda xilasetmə işləri davam etdirilir.

Xəbər lenti