Xəzər Xəbər

İnterpolun keçmiş prezidentinin ailəsi Fransadan sığınacaq istəyir

Dünya | 14:43 • 19 Yanvar 2019
İnterpolun keçmiş prezidentinin ailəsi

Keçən ilin sentyabr ayında Çində saxlanılan İnterpolun keçmiş prezidenti Ming Hongreyin həyat yoldaşı Grace Ming Fransada sığınacaq istəyib.

İnterpol mərkəzinin yerləşdiyi Lyon şəhərində yaşayan Grace Ming özü və 7 yaşlı uşaqları üçün Fransaya müraciət edib.

Grace Ming "France İnter" radiosuna açıqlamasında qaçırılmaqdan qorxduqlarını bəyan edib: "Qəribə telefon zəngləri qəbul edirik. Maşınıma belə ziyan vurulub”.

Çinli bir qadınla kişinin onu qaldıqları otelə qədər izlədiyini deyən keçmiş prezidentin həyat yoldaşı təhlükəsizlik məqsədilə üzünü jurnalistlərə göstərmir.

Qeyd edək ki, M.Hongvey 2016-cı ildə İnterpola rəhbər seçilib, onun 2020-ci ilə qədər bu vəzifədə qalması gözlənilirdi. Lakin keçən ildə Çin qanunvericiliyini pozduğu üçün haqqında araşdırma aparılandan sonra M.Hongvey istefa verib./publika.az

Xəbər lenti