Xəzər Xəbər

Amerikalı basketbolçu mənzilində ölü tapıldı

Dünya | 11:50 • 19 Yanvar 2019
Amerikalı basketbolçu mənzilində ölü tapıldı

Klub qarşıdan gələn oyunu matəm səbəbindən təxirə salacaq.

Fransanın Pro B Liqasında çıxış edən "Nant" klubunun amerikalı müdafiəçisi Cermeyn Marşall öz mənzilində ölü tapılıb.

"Eurohoops"a istinadən xəbər verilir ki, 28 yaşlı basketbolçunun hansı səbəbdən öldüyü hələ məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları basketbolçunun ölümü ilə bağlı istintaq tədbirləri həyata keçirir.

Bildirilir ki, klubun qarşıdan gələn oyunu matəm səbəbindən təxirə salınacaq. (Report)

Xəbər lenti