Xəzər Xəbər

Əsəd Krıma səfər edə bilər

Dünya | 17:37 • 17 Yanvar 2019
Əsəd Krıma səfər edə bilər

Suriya prezidenti Bəşər Əsəd Sevastopol və Krıma baş çəkmək arzusunu ifadə edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Suriya lideri ilə Rusiya nümayəndə heyətinin görüşünün nəticəsinə görə Dövlət Dumasının deputatı Dmitri Belik jurnalistlərə bildirib.

Suriya və Rusiya parlamentlərarası dostluq qrupunun başçısı Dmitri Sablin dəqiqləşdirib ki, Əsəd artıq onun uşaqlarının Krıma səfər etdiklərini bildirib.

"Onların Rusiyada dostları var. Onlar yazışır, ünsiyyət saxlayırlar. Mən də həmçinin, orada olmaq istəyərdim”, - Sablin Əsəddən sitat gətirib./publika.az

Xəbər lenti