Xəzər Xəbər

Ukraynada 19 nəfər qripdən ölüb

Dünya | 14:25 • 17 Yanvar 2019
Ukraynada 19 nəfər qripdən ölüb

Yanvarın 7-13 tarixlərində Ukraynada 176381 nəfər qrip xəstəliyinə tutulub, onlardan 51,8 faizi 17 yaşa qədər uşaqlardır. Bu müddətdə qripdən 8 nəfər ölüb. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.


Epidemiya mövsümü başlayandan isə Ukraynada qripdən 19 nəfər ölüb, onlardan 3-ü 17 yaşa qədər olan uşaqlardır.


Qrip virusu əsasən Ukraynanın Çerniqov, Jitomir, Sumı və Odessa vilayətlərində yayılıb.

Xəbər lenti