Xəzər Xəbər

Britaniya biznesmenləri ikinci Brexit referendumu keçirməyə çağırırlar

Dünya | 14:08 • 17 Yanvar 2019
Britaniya biznesmenləri ikinci Brexit referendumu keçirməyə çağırırlar

Böyük Britaniyanın 170-dən çox sahibkarı Baş nazir Tereza Meyə və leyboristlərin lideri Ceremi Korbinə ünvanladıqları məktubda Brexit üzrə ikinci referendum keçirməyə çağırıblar.


Xezerxeber.az xəbər verir ki, Guardian qəzetinin yaydığı məlumata görə, məktubu imzalayan 172 nəfər arasında məşhur dizayner Torens Konran, memar Norman Foster, tibb və fiziologiya sahəsində Nobel mükafatı laureatı Pol Hers də var.


"Siyasətçilər fantaziyalara vaxt itirməməlidirlər. Biz hər iki əsas partiyanın liderlərini xalq səsverməsini dəstəkləməyə çağırırıq”, - məktubda belə deyilir.


Xatırladaq ki, Britaniya parlamentinin icmalar palatası yanvarın 15-də keçirilən səsvermədə Brexitin şərtləri barədə Aİ ilə razılaşmanı qəbul etməyib. Tarixi səsvermə zamanı 432 parlamentari ötən ilin noyabrında London və Brüsselin qəbul etdiyi sazişin əleyhinə çıxıb. Tereza Meyin qəbul olunmasında təkid etdiyi saziş layihəsini yalnız 202 deputat dəstəkləyib. Bu, Böyük Britaniya Baş nazirinin son 95 ildə parlamentdə ən böyük məğlubiyyəti kimi ölkə tarixinə düşüb.

Xəbər lenti