Xəzər Xəbər

Türkiyədə kanat yolundakı nasazlıq təhlükəli anlar yaşadıb

Dünya | 11:46 • 17 Yanvar 2019
Türkiyədə kanat yolundakı nasazlıq təhlükəli anlar yaşadıb

Türkiyənin Uludağ bölgəsindəki kanat yolunda baş verən nasazlıq səbəbindən təhlükəli anlar yaşanıb.


Xezerxeber.az xəbər verir ki, kanat yolunda hərəkətin dayanması səbəbindən 6 kabinədə 11 turist köməksiz qalıb. Turistlər mənfi 15 dərəcə temperaturda təxminən 1,5 saat köməksiz, donmaq təhlükəsi ilə üz-üzə qalıblar.


Təhlükənin aradan qaldırılması üçün bölgəyə xilasedici dəstələr cəlb olunub. Turistlərdən ikisi xəstəxanaya çatdırılıb.

Xəbər lenti