Xəzər Xəbər

Prezidentliyə namizədlərin sayı 8 oldu

Dünya | 15:03 • 16 Yanvar 2019
Prezidentliyə namizədlərin sayı 8 oldu

Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Ukrayna Mərkəzi Seçki Komissiyası yanvarın 15-də keçirilən iclasında daha üç nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.

İclasda "Naşi” partiyasının üzvü Yevqeniya Muraeva, "Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko, Ukrayna Ali Radasının komitə sədrinin müavini Vitali Kupriyanın prezidentliyə namizədlikləri qeydə alınıb.

Bununla da prezidentliyə namizədlərin sayı 8-ə çatıb. Daha iki nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.(modern.az)

Xəbər lenti