Xəzər Xəbər

Con Bolton İranı bombalamaq istəyir

Dünya | 14:57 • 16 Yanvar 2019
Con Bolton İranı bombalamaq istəyir

"The İntercept” xəbər saytının yazarı Con Bolton haqqında material hazırlayıb.

ABŞ-ın "The İntercept” xəbər saytının yazarı Mehdi Hasan Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton haqqında material hazırlayıb.

Con Boltonun ABŞ-ın xarici siyasətinə artan təsirinə diqqət çəkən Hasan "İndi o, İranla müharibə istəyir” deyə bildirib.

Yazarın "Con Bolton İranı bombalamaq istəyir" başlıqlı yazısında Con Boltonun ABŞ hakimiyyətində ciddi qüvvəyə sahib olduğunu və ABŞ-ı İranla müharibə etməyə məcbur etdiyindən danışıb.

ABŞ-ın keçmiş müdafiə naziri Cim Mattisin Bolton haqqında "şeytanın insan variantı” deyimini xatırladan Hasan hakimiyyət daxilində Bolton ilə dalaşan çox sayda insanın işdən çıxdığını, Boltonun buna baxmayaraq vəzifəsində qaldığını və boş qalan yerlərə İrana qarşı olanların gətirildiyini qeyd edib.

Hasan Trampın Suriyada olan ABŞ qoşunlarının tezliklə çıxacağı açıqlamasına baxmayaraq Boltonun bu açıqlamanın əksinə danışdığını xatırladıb.

O, bunu Boltonun hakimiyyətdə əldə etdiyi gücdən qaynaqlandığını bildirib.

Boltonun İraqla 2002-ci ildə əsassız nüvə silahı iddiaları səbəbilə işğal edilməsində əsas oyunçulardan biri olduğunu xatırladan Hasan bu səbəbdən yüz minlərlə iraqlının qətl edildiyini də vurğulayıb.

Con Boltonun keçən il İranı vurmaq üçün Pentaqondan hərbi seçimlər tələb etdiyini vurğulayan Hasan "İndi də İranla müharibə istəyir” deyib.

Yazar Boltonun İrana qarşı çox sayda müttəfiqinin olduğunu və bunun qarşıdurmanı sürətləndirə biləcəyindən qorxduğunu qeyd edib.

O, Boltonun hakimiyyət daxilində müharibəyə qarşı olanları zərərsizləşdirərək yaxın vaxtlarda İrana qarşı müharibə elan edəcəyini deyib.

AzNews.az

Xəbər lenti