Xəzər Xəbər

Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Dünya | 12:27 • 16 Yanvar 2019
Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnasakanyan bu gün səhər Parisdə ATƏT-in Misk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) ilə görüşüb.


"Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in "Twitter”dəki səhifəsində yerləşdirilən məlumatda deyilir.


Bildirilir ki, görüşdə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik də iştirak edib.


Xatırladaq ki, bu gün Parisdə Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar