Xəzər Xəbər

Ruhani: “Türkmənlər və sünnilər hakimiyyətdə daha çox yer tutmalıdır”

Dünya | 10:15 • 16 Yanvar 2019
Ruhani: “Türkmənlər və sünnilər hakimiyyətdə daha çox yer tutmalıdır”

"Sünnilər və türkmənlər, bizim düşüncəmizə görə, hakimiyyətdə daha çox yer tutmalıdır və buna layiqdirlər. Bilikli və istedadlı insanlarımızdan bu mənada istifadə etməliyik. Bu, onların haqqıdır və doğru olanı da budur”.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin şimal-şərqindəki Gülüstan əyalətini ziyarət edən İran prezidenti Həsən Ruhani jurnalistlərə verdiyi açıqlamada deyib.


O, sünnilər və türkmənlərin hakimiyyətdə təmsil olunmaları istiqamətində addım atdıqlarını bildirib: "Bu gün İranda türkmən, sünni və qadınlardan ibarət səfir, sahə rəisi, vali müavini və baş direktorlar var. İdarəetmə mərhələsində qadınlara 30 faiz kontingent ayrılması vədimə sadiqəm”.

Xəbər lenti