Xəzər Xəbər

Güclü qar səbəbindən Ankara-İstanbul şosesi bağlanıb

Dünya | 09:03 • 16 Yanvar 2019
Güclü qar səbəbindən Ankara-İstanbul şosesi bağlanıb

Yanvarın 15-də axşam saatlarında yağmağa başlayan güclü qar səbəbindən Ankara-İstanbul şosesi bağlanıb.


AZƏRTAC xəbər verir ki, yolda nəqliyyatın hərəkətini bərpa etmək üçün çoxlu sayda qartəmizləyici texnika cəlb olunub.


Həmçinin yolda qalan avtomobillərdəki insanlar üçün yarana biləcək hər hansı təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.


Ölkənin əksər bölgələrində havaların kəskin soyuması və güclü qarın yağması səbəbindən məktəblərdə iki günlük tətil elan olunub.

Xəbər lenti