Xəzər Xəbər

Peskov prezidentin sirlərini açdı: Putin yalnız burada nağd puldan istifadə edir

Dünya | 17:02 • 15 Yanvar 2019
Peskov prezidentin sirlərini açdı:

Rusiya prezidenti Vladimir Putinin yalnız ildə bir-iki dəfə: dağlıq bölgədə xizək sürdükdən sonra bir kafeyə gedəndə nağd pulu olur.

Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Arqumentlər və Faktlar” qəzetinə geniş müsahibə verən Peskov Putinin nadir hallarda nağd puldan istifadə etdiyini, prezident maaşını və təqaüdünü Rusiya Bankından plastik kart vasitəsilə aldığını bildirib.

"İlk sanksiyalar tətbiq ediləndə, nədənsə, ABŞ Krımın Rusiyaya ilhaqının günahkarı kimi Rusiya Bankı daxil olmaqla, çox sayda rus şirkətini gördü. Bu səbəbdən Putin maaşını və təqaüdünü Rusiya Bankından kart vasitəsilə almaq qərarına gəldi”,- Peskov qeyd edib.

O, Putinin nə qədər maaş və təqaüd aldığını deməyib./publika.az

Xəbər lenti