Xəzər Xəbər

Tereza Mey: Əgər `Brexit` təsdiq edilməsə Britaniya parçalanacaq

Dünya | 16:47 • 15 Yanvar 2019
Tereza Mey: Əgər `Brexit` təsdiq edilməsə Britaniya parçalanacaq

Britaniyanın baş naziri Tereza Mey bildirib ki, əgər parlament "Brexit"i təsdiq etməsə, ölkə parçalana bilər.

Onun sözlərinə görə, rəsmi Londonun Avropa İttifaqındna çıxmasını ləngitmək olmaz.

Həmçinin Mey onu da qeyd edib ki, əgər parlament "Brexit"i təsdiqləməsə Britaniya Avropa İttifaqından nizamsız şəkildə çıxa bilər, bu isə "Brexit"in tam məğlubiyyəti olacaq.

Qeyd edək ki, Britaniya deputatları bu gün "Brexit"lə bağlı səs vermə keçirəcək.

Xəbər lenti