Xəzər Xəbər

Ərdoğan gecə Trampa zəng etdi Tvit olayına aydınlıq gəldi

Dünya | 15:07 • 15 Yanvar 2019
Ərdoğan gecə Trampa zəng etdi

Amerika əsgərlərinin Suriyadan çəkilmə qərarını bir daha təsdiqlədi.

Türkiyə prezidenti Ərdoğan ABŞ prezidenti Donald Trampın tviti ilə bağlı danışıb.

Ərdoğan AK partiyasının iclasında açıqlama verib:

"Cənab Trampın Suriya məsələsində fərqli mövqedə olduğunu görməkdən məmnun olduq. Ancaq hərəkətlərində bunu görmədik. Keçən ay tam meydana çıxmaq üçün hazırlıqlarımızı son dəfə yoxlayarkən Trampla telefonla danışdım. O, ABŞ-ın Suriyadakı əsgərlərinin hamısını çəkəcəyini, İŞİD-lə mübarizəni də Türkiyəyə verəcəyini bildirdi. Dünən onun şəxsi hesabından verilən bir neçə mesaj məni və dostlarımı məyus etdi.

Dünən gecə bu məsələləri onunla telefonda danışdıq. Çox müsbət danışıq keçdi. Amerika əsgərlərinin Suriyadan çəkilmə qərarını bir daha təsdiqlədi. Suriyada heç bir etnik və dini qrup ayırmadan hamıya qucaq açdığımızı, PKK/YPG-nin də ona tabe olmayan bütün qruplara zülm etdiyini bildirdik. Bunların sənədlərini də müşavirlərinə verdiyimizi dedik. Birgə ticarət həcmimizi 75 milyard dollara qaldırma hədəfimizlə bağlı daha sürətli addımlar atmağa qərar verdik. Cənab Trampla dünən axşam bu mövzularda tarixi önəmli razılığa gəldiyimizə inanıram”.

AzNews.az

Xəbər lenti