Xəzər Xəbər

İsrailli nazir 7 ildən sonra Misirə getdi

Dünya | 14:54 • 15 Yanvar 2019
İsrailli nazir 7 ildən sonra Misirə getdi

İsrailin infrastruktur və energetika naziri Yuval Steinitz Misirə səfər edib.

"Hürriyet” xəbər verir ki, bu barədə İsrailin Qahirədəki səfirliyinin "Facebook” səhifəsində məlumat yayılıb.

Bu son 7 ildə İsrailin hökumət nümayəndələrinin ilk rəsmi səfəridir.

Bildirilib ki, Qahirədə ilk dəfə təbii qaz üzrə regional konfrans keçirilir. Səfirlik Yuval Steinitzin tədbirdə iştirakını təsdiqləyən fotoları paylaşıb.

Konfransda Fələstin və İordaniyanın rəsmiləri də iştirak ediblər.

"Qahirədə İsraili və hökumətini təmsil etdiyim üçün çox şadam. Bu ilk rəsmi ziyarətimdi. 2011-ci il yanvarın 25-dən sonra (Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin hakimiyyətdən devrildiyi gün-red.) Misir hökuməti tərəfindən ilk dəfə israilli bir naziri rəsmi olaraq, Qahirəyə dəvət ediblər. Başqa sözlə bu, İsrail və Misir arasında əlaqələrin, əməkdaşlığın inkişaf etdiyinin göstəricisidir”, - deyə Yuval Steinitz konfransada vurğulayıb.(report.az)

Xəbər lenti