Xəzər Xəbər

İsrail Misirə təbii qaz ixracına başlayır

Dünya | 14:21 • 15 Yanvar 2019
İsrail Misirə təbii qaz ixracına başlayır

İsrail yaxın aylarda Misirə təbii qaz ixracına başlayacaq.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrailin enerji naziri Yuval Steinitz deyib.


Nazir qeyd edib ki, qaz nəqlinin 10 illik müddətdə 7 milyard kubmetr olması hədəflənir. Yaxın aylarda Misirə qaz ixracı həyata keçiriləcək.


O, ilkin mərhələdə ixrac ediləcək təbii qaz həcmi barədə məlumat verməyib. Bildirib ki, "Leviathan” yatağının noyabrda tam gücü ilə hasilata başlamasından sonra Misirə təbii qaz ixracı ikiqat artacaq.

Xəbər lenti