Xəzər Xəbər

Ermənistanda daha bir nəfər "donuz qripi"ndən ölüb

Dünya | 14:24 • 15 Yanvar 2019
Ermənistanda daha bir nəfər "donuz qripi"ndən ölüb
Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı artıb.


Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 62 yaşlı kişinin ölümünə səbəb ürək və ağciyər çatışmazlığı olub. Onun analizlərində A (H1N1) virusu tapılıb.

Qeyd olunub ki, kişi ağır vəziyyətdə xəstəxanaya müraciət edib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı iki nəfər çatıb.

Xəbər lenti