Xəzər Xəbər

DPA: Almaniyanın səkkiz hava limanında tətil başlayıb

Dünya | 12:20 • 15 Yanvar 2019
DPA: Almaniyanın səkkiz hava limanında tətil başlayıb

Almaniyanın səkkiz hava limanında təhlükəsizlik xidməti əməkdaşları xəbərdarlıq tətilinə başlayıblar.


AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, tətil Verdi həmkarlar ittifaqının çağırışı ilə Bremen, Hamburq, Hannover, Drezden, Leypsiq, Münhen və Erfurtda, habelə ölkədə ən iri aviaqovşaq olan Frankfurt-na-Maynda keçirilir. Tətillər müxtəlif vaxtlarda – yerli vaxtla saat 18:00-dan 00:00-dək olan dövrdə başa çatacaq və 220 min sərnişinə təsir göstərəcək. Nə qədər reysin ləğv olunacağı barədə hələlik məlumat verilmir. Təkcə Frankfurt-na-Maynda 1200 uçuşdan 570-nin ləğv edildiyi bildirilir.


Verdi tələb edir ki, Almaniya aeroportlarının 16 min təhlükəsizlik xidməti əməkdaşına vahid əməkhaqqı – hər saat üçün 20 avro təyin olunsun. Hazırda isə maaş regiondan və əməkdaşın vəzifəsinə nəyin daxil olmasından asılıdır.


Xatırladaq ki, bundan əvvəlki iki həftədə beş alman aeroportunda tətil keçirilmişdi. Nəticədə 500-dən çox aviareys təxirə salınmış, 110 minə yaxın sərnişinin planları pozulmuşdu.

Xəbər lenti