Xəzər Xəbər

Ağ evdə “fast food” ziyafəti təşkil olunub

Dünya | 13:14 • 15 Yanvar 2019
Ağ evdə “fast food” ziyafəti təşkil olunub

ABŞ Prezidenti Donald Trampla Konqres arasında Meksika sərhədində tikiləcək divara maliyyə vəsaitinin ayrılması məsələsi üzrə mübahisə nəticəsində hökumətin fəaliyyətinin qismən dayandırılması və insanların əməkhaqqından məhrum olması Ağ evə də təsirini göstərib.


Xezerxeber.az xəbər verir ki, Amerika çempionu olan "Clemson Tigers” futbol komandasının üzvlərini Ağ evdə qəbul edən Prezident Tramp onlara yaxınlıqdakı bir restorandan "fast food” yeməkləri – pizza, hamburger sifariş edib. Bu orijinal ziyafətin səbəbi isə Prezident iqamətgahındakı mətbəxdə işləyən personalın maaşının verilmədiyi üçün məcburi məzuniyyətə buraxılması olub.


Ağ evdən bildiriblər ki, Tramp qonaqlarına 300 ədəd "BİgMac” hamburgeri, pizza və kartof qızartması sifariş edib. Prezident bildirib ki, o, şəxsən restorana gedib və pulunu ödəyərək bu yeməkləri alıb.


Xatırladaq ki, ABŞ-da 24 gündür davam edən hökumətin fəaliyyətinin qismən dayandırılması 800 min nəfərin əməkhaqqı ala bilməməsinə səbəb olub.

Xəbər lenti