Xəzər Xəbər

Macarıstan məktəblərində enerjiyə qənaət edilməsi üsulları öyrədilir

Dünya | 13:14 • 15 Yanvar 2019
Macarıstan məktəblərində enerjiyə qənaət edilməsi üsulları öyrədilir

"Enerji & məktəb” - Avropa İttifaqının regional siyasət proqramı ilə dəstəklənən və Macarıstan məktəblərində uğurla həyata keçirilən yeni pilot layihəsi belə adlanır. Layihə müəlliflərinin fikrincə, riyaziyyat və dillər kimi, enerjiyə qənaət etməyin üsullarını da məktəbdə öyrənmək olar. AZƏRTAC xəbər verir ki, Macarıstanda enerjinin gənc keşikçiləri bunu bacarırlar. Onların missiyası enerjidən israfçılıqla istifadə edilməsinə qarşı mübarizə aparmaqdır.


Hazırda Mərkəzi Avropanın 7 ölkəsindəki 41 tədris müəssisəsində tətbiq edilən "Enerji & məktəb” layihəsinin ümumi büdcəsi 2,5 milyon avrodan çoxdur. Bu məbləğin 2,1 milyon avrosu Avropa Regional İnkişaf Fondu tərəfindən ayrılıb.


Enerjiyə qənaət dərsləri çox vaxt viktorina ilə başa çatır. Şagirdlər, məsələn, istixana qazlarının düzgün tərifini bilməli, yadda saxlamalıdırlar ki, Macarıstanda 4 milyon 400 min ev təsərrüfatı mövcuddur və bu təsərrüfatların üçdə iki hissəsi enerjidən səmərəli istifadə üçün səy göstərməlidir.

Xəbər lenti