Xəzər Xəbər

Rusiya ABŞ-la əvəz edilir? Lukaşenkodan Putinə ŞOK SİQNAL

Dünya | 17:12 • 14 Yanvar 2019
Rusiya ABŞ-la əvəz edilir?

Belarus diplomatik missiyanın mümkün genişləndirilməsi haqqında Birləşmiş Ştatlarla danışıqlar aparır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Belarusun Xarici İşlər Nazirliyinin başçısı Vladimir Makey bildirib.

Onun sözlərinə görə, hazırda ölkələr onlar arasında mövcud olan bütün problemli məsələləri müzakirə edirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl Minskdə müşavirədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Qərb istiqamətində yeganə müttəfiqini itirə biləcəyi ilə hədələyib. Onun sözlərinə görə, Belarus timsalında müttəfiqin itirilməsi neft sferasında vergi manevri üçün kompensasiya üzrə razılaşmanın olmaması nəticəsində baş verə bilər.

Qeyd edək ki, rəsmi Moskva neft sahəsindəki vergi manevrlərinin keçirilməsinə görə Minskə kompensasiya ödəməkdən imtina edir. Hesablamalara görə, Minskin itkiləri yaxın illərdə 10,5 milyard dollar təşkil edəcək.

Rusiyada neft sahəsində vergi manevri barədə qanun Dövlət Duması tərəfindən 2018-ci ilin yayında qəbul olunub. Qanuna əsasən, 2024-cü ilə qədər neft və qaza qoyulan ekspert rüsumları tədricən ləğv ediləcək, eyni zamanda, faydalı qazıntıların hasilatına qoyulan vergi artırılacaq. Buna qədər Belarus Rusiya yanacağını daxili bazar qiymətinə alırdı. Yeni dəyişikliklərdən sonra isə Minsk Rusiya neftini daha baha qiymətə alacaq.

"Əgər Rusiya rəhbərliyi belə bir yol seçəcəksə, bu, onların seçimidir. Biz onları məcbur edə bilmərik”, - Lukaşenko deyib.

Lukaşenko hökuməti neftin çatdırılmasının alternativ variantlarını tapmağa, həmçinin gəlirlərin alternativ mənbələrini axtarmağa çağırıb. Dövlət başçısı xəbərdarlıq edib ki, Belarus vətəndaşları heç bir əlavə yükü hiss etməməlidir.

Prezident xatırladıb ki, 2019-cu ildə Belarusda iki neft emalı zavodunun müasirləşdirilməsi başa çatmalıdır və bundan sonra Minsk nefti yalnız Rusiyadan deyil, həm də başqa ölkələrdən alacaq.

"Baltikyanı limanlar vasitəsilə neftin alternativ çatdırılmasına nail olmaq lazımdır. Əgər litvalılar razı deyillərsə, latışlarla razılaşmaq və bu nefti almaq lazımdır”, - dövlət başçısı vurğulayıb./publika.az

Xəbər lenti