Xəzər Xəbər

Qətər Bəşər Əsədə qarşı çıxdı

Dünya | 15:37 • 14 Yanvar 2019
Qətər Bəşər Əsədə qarşı çıxdı

"Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasını qəbul etmirik”.

"Haber7” xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin-Əbdürrəhman əl-Sani bildirib.

"Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasını qəbul etmirik. Suriya rejimi ilə normallaşmanı təşviq edəcək heç bir işarə yoxdur. İndiki mərhələdə Suriyadakı rejimlə münasibətlərin normallaşması hərbi cinayətlərə bulaşmış adamla əlaqə qurmaq deməkdir”, - deyə əl-Sani bildirib.

Qeyd edək ki, Suriya 2011-ci ildə Ərəb Dövləti Liqasının üzvlüyündən çıxarılıb.

Ötən həftə Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn 2011-ci ildə Suriyada bağladıqları səfirliklərinin açdıqlarını bildirmişdi. Səudiyyə Ərəbistanı da Bəşşar Əsədlə danışıqlara başlayacağını planlaşdırdığını bildirib.(report.az)

Xəbər lenti