Xəzər Xəbər

Almaniyada hava limanı işçiləri tətil edəcəklər

Dünya | 15:17 • 14 Yanvar 2019
Almaniyada hava limanı işçiləri tətil edəcəklər

Almaniyanın 8 böyük hava limanının təhlükəsizlik xidməti əməkdaşları yanvarın 15-də tətil edəcəklər.

"DPA” xəbər verir ki, "Verdi” həmkarlar təşkilatından verilən məlumata görə, Frankfurt-Mayn, Hamburq, Hannover, Dresden, Bremen, Leipziq, Erfurt, Münhen kimi şəhərlərin hava limanlarındakı tətil üzündən bir çox təyyarə reyslərinin ləğvi və ya təxirə salınması gözlənilir.

Adıçəkilən həmkarlar təşkilatı təhlükəsizlik xidməti əməkdaşlarının saatlıq məvacibini 20 avro artırmaq tələbini irəli sürüb. İşəgötürənlərlə növbəti danışıqlar yanvarın 23-24-nə təyin olunub.

Bundan əvvəl, Berlin, Köln, Bonn, Düseldorf, Ştutqart hava limanlarında keçirilən tətil təkcə adıçəkilən hava limanlarından yox, bütün ölkə boyu bir çox təyyarə reyslərinin ləğvinə səbəb olmuşdu.(report.az)

Rubrikanın digər xəbərləri

Xəbər lenti