Xəzər Xəbər

Trampın tviti haqda Pompeo da danışdı

Dünya | 15:12 • 14 Yanvar 2019
Trampın tviti haqda Pompeo da danışdı

"Trampın Suriyadan çıxmaq barəsində fikri dəyişməyəcək".

ABŞ-ın dövlət katibi Mayk Pompeo Orta Şərq səfəri çərçivəsində getdiyi Səudiyyə Ərəbistanında açıqlamalar verib.

O bildirib ki, Tramp Türkiyə ilə bağlı tvitində bu ölkəyə tətbiq edilə biləcək sanksiyaları və buna bənzər zərbələri nəzərdə tutur.

"Trampın Suriyadan çıxmaq barəsində fikri dəyişməyəcək. Biz çıxdıqdan sonra Suriyada təhlükəsiz bölgə yaradılacaq və sərhəd xətti qorunacaq". Pompeo belə deyib.

AzNews.az

Xəbər lenti