Xəzər Xəbər

Çavuşoğlu: “Trampa təzyiq edirlər”

Dünya | 14:34 • 14 Yanvar 2019
Çavuşoğlu: “Trampa təzyiq edirlər”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranı iqtisadi ölçü götürəcəyilə hədələyən ABŞ prezidenti Donald Trampı tənqid edib.

 "NTV” telekanalınn efirində çıxış edən Çavuşoğlunun fikrincə, bütün bunlar ABŞ-ın Suriyadan geri çəkilməməsini istəməyənlərin Trampa etdiyi təzyiqlərin nəticəsidir.


"Strateji tərəfdaşlıq məsələləri sosial şəbəkələrdə müzakirə edilmir. ABŞ-la əlaqə üçün bizim bütün rəsmi kanallarımız açıqdır. Biz görürük ki, qoşunları Suriyadan çıxarmaması üçün Trampa böyük təzyiqlər edilir və o, çətin vəziyyətdə qalıb. Bununla belə, bu cür mövzuları sosial şəbəkələr vasitəsilə müzakirə etmək olmaz” – Çavuşoğlu vurğulayıb.

XİN rəhbəri onu da bildirib ki, Ankara təhdidlərdən qorxmur və həm ABŞ, həm də digər ölkələr Türkiyəyə hörmət göstərməlidirlər.

Qeyd edək ki, Tramp Ankaranın Suriyadakı kürdlərə hücum edəcəyi təqdirdə Türkiyəyə qarşı iqtisadi tədbirlər görəcəyini bəyan edib./azvision.az

Xəbər lenti